Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək

Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək Mərhumun nəşi bu gün Bakı vaxı ilə 20.00-da Almaniyadan yola salınacaq
İncəsənət
1 Noyabr , 2017 13:36
Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Almaniyada xəstəxanada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək.

Bunu "Report"a açıqlamasında mərhum xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova deyib.

Onun sözlərinə görə, R.Hüseynovun nəşi bu gün Bakı vaxı ilə 20.00-da Almaniyadan yola salınacaq. Mərhumun nəşini gətirən təyyarə gecə saatlarında Bakıya çatacaq.

Vida mərasimi sabah Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. R.Hüseynov ikinci Fəxri xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, uzun illər ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov oktyabrın 28-də Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanalardan birində vəfat edib.  

Son xəbərlər

Orphus sistemi