Yuxarı

Rafiq Hüseynov iyunun sonunda Türkiyəyə müayinəyə gedəcək

İndi yaxşıyam, həyat tərzimi dəyişmirəm

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın xalq artisti, diktor Rafiq Hüseynov iyunun sonunda yenidən Türkiyəyə müayinəyə gedəcək. O, "Report"a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır: "Hazırda yaxşıyam. Özümü normal hiss edirəm. Müalicələr bitib". 

R.Hüseynov bildirib ki, 2-3 aydan bir Türkiyəyə müayinəyə gedir: "Növbəti müayinəyə iyunun sonunda gedəcəm. Mənim səhhətimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm"

O qeyd edib ki, Azərbaycan Dövlət Televiziyasında işinə davam edir: "Həyat tərzimi dəyişmirəm. Dostlarla görüşürəm. Həyatıma davam edirəm. Amma bir zərərli vərdişdən yaxa qurtara bilmirəm. Siqaret çəkməyə davam edirəm. Bilirəm olmaz, amma tərgidə bilmirəm. Fikrət Qoca demişkən: "Ziyandır çəkirəm, zərərdir çəkirəm". Bu il 55 ildir siqaret çəkirəm. Siqaret çəkməyimin yubileyidir. 55 ildir bu zərərli vərdişdən yaxa qurtara bilmirəm".

Xatırladaq ki, Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir. O, 2013-cü il dekabrın 10-da Türkiyədə əməliyyat olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi