Yuxarı
    Bağlamaq

    Qusar Dövlət Ləzgi Dram Teatrı Dərbənddə qastrol səfərində olub

    Teatr S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrının binasında “Sədəf” tamaşasını nümayiş etdirib

    Bakı. 3 iyun. REPORT.AZ/ Qusar Dövlət Ləzgi Dram Teatrı Dərbənd şəhərində qastrol səfərində olub.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Teatr S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrının binasında federal subyektin əməkdar incəsənət xadimi, dramaturq Asəf Mehmanın “Sədəf” tamaşasını nümayiş etdirib. Qusar teatrının kollektivinə Dərbənd şəhər nümayəndəliyi tərəfindən fəxri fərman təqdim olunub.

    Tamaşanın quruluşçusu Faiq Qardaşov, tərtibatçısı Marina Mahmudovadır. Əsas rollarda teatrın aktyorları Bağır Əhmədov (Murtuz), Jalə Qurbanova (Şahnabat),Yalçın Qaraxanov (Həmzəbəy), Kifayət Yusifova(Sədəf) və başqaları çıxış edib.

    Qeyd edək ki, teatr növbəti səfərini Mahaçqala şəhərinə edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi