Qubadlı ilə bağlı foto və kino sənədləri Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib

Qubadlı ilə bağlı foto və kino sənədləri Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib Sənədlərdə rayonun işğaldan sonrakı həyatı, rayon əhalisinin sosial vəziyyəti və güzəranı əks olunub
İncəsənət
10 May , 2017 10:01
Qubadlı ilə bağlı foto və kino sənədləri Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib

Bakı. 10 may. REPORT.AZ/ Qubadlı Rayon İcra Hakimiyyəti 75 foto və 12 kino sənədini daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib.

Milli Arxiv İdarəsindən “Report”a bildirilib ki, sənədlərdə rayonun işğaldan sonrakı həyatı, rayon əhalisinin sosial vəziyyəti və güzəranı əks olunub.

Hazırda arxivdə qəbul olunan foto-kino sənədlərin hər biri haqqında ayrıca məlumat hazırlanır və sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Son xəbərlər

Orphus sistemi