Qrim rəssamı Elbrus Vahidovun 65 illik yubileyi qeyd edilib

Qrim rəssamı Elbrus Vahidovun 65 illik yubileyi qeyd edilib Yubileylə bağlı “Azərbaycanfilm”kinostudiyasında tədbir keçirilib
İncəsənət
13 İyun , 2016 17:35
Qrim rəssamı Elbrus Vahidovun 65 illik yubileyi qeyd edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında qrim rəssamı Elbrus Vahidovun 65 illiyi qeyd olunub. 

Bu barədə "Report"a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

E.Vahidov 1969-cı ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında bu günədək 50-yə yaxın bədii filmdə müxtəlif xarakterli obrazlar yaradıb. O, “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Özgə ömür”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Tərsinə çevrilən dünya”, “Otel otağı”, “Sübhün səfiri” və onlarla başqa filmlərdə gərgin yaradıcılıq axtarışları hesabına, qrimdən, rənglərdən səmərəli istifadə etməklə rejissorların istədiyi obrazı ərsəyə getirib və onun uğurlu yaradıcılıq fəaliyyəti ən məhşur, tələbkar rejissorlarımız tərəfindən həmişə yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində xalq artisti Ədil İsgəndərovun yaratdığı 3 illik kinoaktyorluq kurslarında aldığı təhsil onu aktyor kimi də özünü sınamağa həvəsləndirib və bir çox filmlərdə epizodik rollar yaradıb.

E.Vahidovun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi