"Qorxma, mən səninləyəm!" filminin davamı Rusiya kinoteatrlarında nümayiş etdiriləcək

"Qorxma, mən səninləyəm!" filminin davamı Rusiya kinoteatrlarında nümayiş etdiriləcək Filmin çəkilişləri Azərbaycanın İlisu kəndində aparılıb
İncəsənət
20 Noyabr , 2014 12:47
Qorxma, mən səninləyəm! filminin davamı Rusiya kinoteatrlarında nümayiş etdiriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Rejissor Yuli Qusmanın 1981-ci ildə ekranlaşdırdığı və baş rollarında Polad Bülbüloğlu, Lev Durov və Muxtarbəy Kantəmirovun çəkildikləri "Qorxma, mən səninləyəm!" məşhur musiqili filminin davamı bu gün Rusiya kinoteatrlarında nümayiş etdiriləcək. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.

"Mən bu filmi bütün yaş qruplarında olan insanlar üçün  bir ailə filmi adlandırardım. Düşünürəm ki, yaşadığımız kifayət qədər ağır bir dövrdə,  pis və ürəksıxıcı xəbərlərdən qısa müddətlik də olsun ayrılmağı və Azərbaycan kimi gözəl diyara səfər etməyi,  bir anlıq da olsa, heç bir dərdi və qayğısı olmayan, bütün macəra və qələbələrə sevinən balaca uşaqlara çevrilməyimizi istəyirəm. Bu filmin bu gün dəbdə olmayan mərhəmət, mehribanlıq, düzlük, sevgi kimi sözlərə həsr olunmasını arzu edirik" - deyə, Y.Qusman "İTAR-TASS"a müsahibəsində bildirib.

Qeyd edək ki , filmin çəkilişləri "Qorxma, mən səninləyəm!" filminin çəkildiyi yerdə - Azərbaycanın İlisu kəndində aparılıb.

Son xəbərlər

Orphus sistemi