"Qorxma, mən səninləyəm" filminin aktyoru Muxtarbek Kantemirov vəfat edib

"Qorxma, mən səninləyəm" filminin aktyoru Muxtarbek Kantemirov vəfat edib O həmçinin "Tam təchizatlı qaçış", "Qorxma, mən səninləyəm! 1919" filmlərində də çəkilib
İncəsənət
31 Avqust , 2017 16:46
Qorxma, mən səninləyəm filminin aktyoru Muxtarbek Kantemirov vəfat edib

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın xalq artisti, "Qorxma, mən səninləyəm!" filmi ilə məşhur olan Muxtarbek Kantemirov vəfat edib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, aktyor ömrünün 84-cü ilində dünyasını dəyişib.

Qeyd edək ki, M.Kantemirov 1934-cü il fevralın 18-də peşəkar sirk ustalarının ailəsində anadan olub. Onun atası Rusiyanda "Osetiya cigitləri" adlı at sirkinin əsasını qoyan Ali-Bek Kantemirov olub.

Aktyor həm də "Kaskadyor" atçılıq teatrının bədii rəhbəri işləyib.

O həmçinin "Tam təchizatlı qaçış", "Qorxma, mən səninləyəm! 1919" filmlərində də çəkilib. Ömrünün son illərdində M.Kantemirov Moskvada yaşayıb.

Son xəbərlər

Orphus sistemi