"Qonaqlıq" musiqili komediyasının premyerası olub

"Qonaqlıq" musiqili komediyasının premyerası olub Tamaşada müxtəlif insanların bir-birindən fərqli həyat tərzləri əks etdirilib
İncəsənət
10 Noyabr , 2017 23:52
Qonaqlıq musiqili komediyasının premyerası olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Qonaqlıq" musiqili komediyasının premyerası olub.

"Report" xəbər verir ki, premyerada tamaşaçılarla yanaşı incəsənət xadimləri və media nümayəndələri də iştirak ediblər.

Əhməd Orucoğlunun əsəri əsasında hazırlanmış tamaşanın rejissoru xalq artisti Cəfər Namiq Kamaldır.

Tamaşada həm də aktyor kimi çıxış edən Xalq Artisti səhnəni aktrisalar Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova ilə paylaşıb.

Musiqili komediya janrında olan tamaşada müxtəlif insanların bir-birindən fərqli həyat tərzləri əks etdirilib.

Son xəbərlər

Orphus sistemi