"Qızıl Qlobus" mükafatının qalibləri elan olunub - VİDEO - YENİLƏNİB

"Qızıl Qlobus" mükafatının qalibləri elan olunub - VİDEO - YENİLƏNİB Qari Oldman və Nikol Kidman da laureatlar arasındadır
İncəsənət
8 Yanvar , 2018 08:41
Qızıl Qlobus mükafatının qalibləri elan olunub - VİDEO - YENİLƏNİB

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) sayca 75-ci "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi baş tutub.

“Report” xəbər verir ki, Qari Oldman "Qaranlıq zamanlar" filmində aldığı rola görə "ən yaxşı dramatik film aktyoru" mükafatının laureatı olub.

Qadınlar arsında analoji nominasiya üzrə qalib adını "Edinburq sərhədində üç bilbord, Missuri" filmindəki roluna görə Frensis Makdormand alıb. Sözügedən film həm də "ən yaxşı dramatik film" nominasiyasında qalib gəlib.

"Ən yaxşı komediya və ya müzikl" nominasiyasında qalib adına Qret Qerviqin "Xanım Börd" ekran əsəri layiq görülüb.

Bundan əlavə, Opra Uinfri kinematoqrafiyaya verdiyi töhfəyə görə "Qızıl Qlobus" alıb.

Eyni zamanda Gilermo del Toro "Suyun şəkli" filminə görə, ən yaxşı rejissor işi nominasiyasında birinci olub.


***05:55

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) sayca 75-ci "Qızıl qlobus" mükafatının təqdimetmə mərasimi keçirilir.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, aktrisa Nikol Kidman "Böyük kiçik yalan" miniserialında (Big Little Lies) ən yaxşı qadın roluna görə mükafatlandırılıb.

İkinci planda ən yaxşı kişi rolu nominasiyasında "Qızıl qlobus"u "Ebbinq sərhədində üç bilbord, Missuri" filminə görə (Three Billboards Outside Ebbing, Missouri) Sem Rokuell alıb.

Həmçinin Elizabet Moss "Xadimənin hekayəsi" dramatik serialında ən yaxşı qadın roluna görə mükafata layiq görülüb.

Komediya serialında ən yaxşı qadın roluna görə mükafatı "Qəribə missis Meyzel" filmində oynayan Reyçel Brosnahen qazanıb.

Ardınca "Qızıl qlobus" mükafatı aşağıdakı nominasiyalar üzrə təqdim olunub:

Sterlinq K. Braun – "Bu bizik" dramatik serialında ən yaxşı kişi rolu

"Xadimənin hekayəsi" – ilin ən yaxşı dramatik serialı

Aleksandr Skarsqard – "Böyük kiçik yalan" serialında TV-də ikinci planda ən yaxşı kişi rolu

Aleksandr Despla – "Suyun şəkli" filmi üçün yazılmış musiqiyə görə ən yaxşı kino saundtreki

"Ən böyük şoumen" filmi üçün yazılmış "This is Me" ("Bu mənəm") bəstəsi – 2017-ci ilin kinolarından ən yaxşı mahnı

Ceyms Franko - kinoda ən yaxşı komik kişi rolu ("Dərd atası" filmi)

Yeri gəlmişkən Hyu Cekmanın Frankonun qələbəsinə reakisyası diqqətdən yayınmayıb, axı həmin nominasiyaya o da namizəd idi.

Lora Dern - "Böyük kiçik yalan" serialında TV-də ikinci planda ən yaxşı qadın rolu

"Kokonun sirri" – ilin ən yaxşı animasiya filmi

Son xəbərlər

Orphus sistemi