Yuxarı

“Qisas almadan ölmə...” filmi Tbilisidə keçirilən festivalda nümayiş etdirilib

Filmin rejissoru, xalq artisti Oqtay Mir Qasım təqdimatda iştirak edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtında keçirilən kinofestivalda xalq artisti, tanınmış rejissor Oqtay Mir Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub.

"Report" xəbər verir ki, Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər rejissorun yaradıcılığından söz açıb, "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi haqqında fikirlər deyilib. 

Oqtay Mir Qasım filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd olunub ki, ikinci dünya müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi