"Qırmızı bağ" filminin çəkilişləri başa çatıb

"Qırmızı bağ" filminin çəkilişləri başa çatıb Film Azərbaycan və Rusiyanın müştərək istehsalıdır
İncəsənət
6 İyul , 2015 17:30
Qırmızı bağ filminin çəkilişləri başa çatıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan və Rusiyanın ortaq istehsalı olan "Qırmızı bağ" tammetrajlı filminin çəkilişləri başa çatıb.

Bu barədə "Report"a filmin rejissoru Mirbala Səlimli məlumat verib.

"Qırmızı bağ" adlı film Rusiya və Azərbaycanın müştərək istehsalıdır. Ekran əsəri "Azərbaycanfilm" və "Vaytmedia"nın ortaq layihəsidir və çəkilişləri Moskva və Bakıda aparılıb.

Azərbaycan dilində olan filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərovdur. Prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə rolları Bakı, Şəki, Gəncə və Moskva teatrlarının aktyorları canlandırıb. Əsas rollarda Maksud Məmməmov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Razis İbrahimov və Şəki məktəblisi Taleh Bədiiyev oynayıb.

Son xəbərlər

Orphus sistemi