“Qırmızı bağ” bədii filminin təqdimat mərasimi keçirilib

“Qırmızı bağ” bədii filminin təqdimat mərasimi keçirilib Beş ilə ərsəyə gələn film vaxtilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır
İncəsənət
12 Aprel , 2016 19:46
“Qırmızı bağ” bədii filminin təqdimat mərasimi keçirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı olub. "Report" xəbər verir ki, “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub. 

Filmin təqdimat mərasimində Azərbaycanın tanınmış kino və teatr xadimləri iştirak ediblər. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxışında son dövrlərdə istehsal olunmuş Azərbaycan filmlərinin bir çox ölkələrdə nümayiş olunduğunu deyərək, bir sıra ölkələrin kino şirkətləri ilə müştərək layihələr həyata keçirildiyini söyləyib.

Beş ilə ərsəyə gələn film vaxtilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır. Yeni ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmində baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və digərləri canlandırıblar. 

Sonra film təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi