Yuxarı

Azərbaycanın ilk qadın balet rəqqasəsinin 100 yaşı tamam olur

Qəmər Almaszadə doğum günündə anılır

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın ilk qadın balet rəqqasəsi, mərhum xalq artisti Qəmər Almaszadənin doğum günüdür. Aktrisa yaşasaydı 100 yaşı tamam olacaqdı.

"Report" xəbər verir ki, Qəmər Almaszadə 1915-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan balet sənətinə olan marağı Qəmər Almaszadəni Bakı Xoreoqrafiya Məktəbinə gətirir. Atasını baletlə yox, idmanla məşğul olduğuna inandıran Qəmərin sirri bir neçə ildən sonra açılır. 1930-cu ildən Akademik Opera və Balet Teatrında çalışmağa başlayan Qəmər Almaszadə teatrın səhnəsində nümayiş edilən tamaşalarda çıxış edir.

1931-ci ildə bəstəkar Əfrasiyab Bədəlbəyli ilə ailə qurur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edir.

Uzun illər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışan Qəmər Almaszadə 2006-cı il aprelin 7-də 91 yaşında vəfat edib.

Qəmər Almaszadənin balet ənənələri bu gün də davam edir, gələn nəsillər onun sənətindən bəhrələnirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi