Yuxarı

Qədir Rüstəmovun 80 illik yubileyi münasibətilə konsert keçiriləcək

Konsert proqramı dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində olacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, xalq artisti Qədir Rüstəmovun 80 yaşı tamam olub.

"Report" xəbər verir ki, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində yubiley konserti nümayiş etdiriləcək.

Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları iştirak edəcək.

Xatırladaq ki, Qədir Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs imkanlarını nümayiş etdirməyi bacarıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda torpağa tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi