Qədim Musiqi Alətləri Ansamblı Koreyada keçiriləcək festivalda iştirak edəcək

Qədim Musiqi Alətləri Ansamblı Koreyada keçiriləcək festivalda iştirak edəcək Festival 21 avqust - 18 oktyabr tarixlərində keçiriləcək
İncəsənət
27 İyul , 2015 19:17
Qədim Musiqi Alətləri Ansamblı Koreyada keçiriləcək festivalda iştirak edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Avqustun 21-dən oktyabrın 18-dək Koreyanın Gyeongju şəhərində "Gyeongju İpək Tolu" adlı festivalın keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival zamanı 25-30 avqust tarixində Azərbaycan günü elan ediləcək.

Bununla bağlı bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnisinin və Qəbələ şəhərinin iki nəfər saz ifaçısının mədəniyyət proqramı ilə çıxışları gözlənilir.

Azərbaycan və Koreya ölkələri arasında mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi və milli musiqi mədəniyyətimizin ölkəmizin hüdudlarından kənarda təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 13 nəfərdən ibarət üzvü 18-27 avqust tarixlərində 10 gün müddətinə Koreyanın Gyeongju şəhərinə səfər edəcək.

Qeyd edək ki, festivalda Gyeongju şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun da imzalanması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi