Yuxarı

Qəbələdə Koreya Kinosu Festivalının açılışı keçirilib - FOTO

Avqustun 7-dən 15-dək davam edəcək festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə avqustun 7-də Qəbələ rayonunda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi olub.

"Report" xəbər verir ki, avqustun 7-dən 15-dək davam edəcək festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq.

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Rayon mədəniyyət mərkəzində keçirilən mərasimdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun, SEBA-nın Beynəlxalq Əlaqələr və Tədris Şöbəsinin müdiri İradə Nəcəfova, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycan və Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən danışıblar. “Azərbaycanda Koreya Kinosu Festivalı”nın əhəmiyyətindən söz açan natiqlər bu lahiyənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Məlumat verilib ki, festival çərçivəsində bu günədək Gəncə, Lənkəran, Sumqayıt və Ağdaşda Koreya filmləri nümayiş etdirilib.

Tədbirdə qonaqlara Qəbələnin tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib.

Sonra festivalda təqdim olunacaq filmlərin proqramı, kino sahəsində qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə söhbət açılıb, bu mövzunun hər zaman aktual olacağı bildirilib. Qeyd edilib ki, festivalda nümayiş olunacaq 10 Koreya filmi SEBA-nın dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan dilinə dublyaj edilib.

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. O, son illər Azərbaycan-Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Diplomat festival çərçivəsində

nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.

Çıxışlardan sonra tamaşaçılara 2011-ci ildə rejissor Çoi İk Hvan tərəfindən lentə alınmış “Ana” filmi təqdim olunub. Məlumat verilib ki, filmlər Heydər Əliyev parkında və rayon mədəniyyət mərkəzində nümayiş etdiriləcək. Həmin filmlər ictimai-siyasi, elm, maarif, məhəbbət, gözəllik, humanizm ruhlu mövzulardan bəhs edir. Filmlərin bütün seansları ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi