Yuxarı

Qəbələ şəhərində VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Festival Avstriya və İtaliya orkestrlərinin konserti ilə başlayacaq

Bakı. 22 iyul. REPORT.AZ/ 2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşən Qəbələ musiqi festivalı bu dəfə də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail, və Almaniyadan məşhur musiqiçilər iştirak edəcək.

Festivalın konsertləri Qəbələdəki “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında və açıq havada keçiriləcək. Musiqi bayramının ilk günü (25 iyul) əvvəlcə kamera zalında “Vayner Akademiya” kamera orkestrinin (Avstriya) konserti olacaq. Həmin gün axşam isə açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi