​Qazaxıstan prezidentinin qızı Azərbaycanda film çəkilişləri aparıb - VİDEO

​Qazaxıstan prezidentinin qızı Azərbaycanda film çəkilişləri aparıb - VİDEO Aliyə Nazarbayeva ekran əsərinin baş prodüseridir
İncəsənət
29 Yanvar , 2016 00:18
​Qazaxıstan prezidentinin qızı Azərbaycanda film çəkilişləri aparıb - VİDEO

Bakı. 29 yanvar. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində "Anaya aparan yol" bədii filminin çəkilişləri başa çatıb.

"Report" xəbər verir ki, film aclıq, II Dünya müharibəsi və həbs düşərgəsi həyatı yaşayan qazaxın taleyindən bəhs edir.

Filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva, rejissoru isə Akan Satayevdir.

Ekran əsərinin çəkilişlərinə 2015-ci il fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib. Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub. "Dneprin alınması" döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub. Filmin çəkilişləri ilə məşğul olan insanların ümumi sayı 2 min nəfərdən çox olub.

Son xəbərlər

Orphus sistemi