Qazax xanlığının 550 illiyi qeyd olunacaq

Qazax xanlığının 550 illiyi qeyd olunacaq Tədbirlərdə Azərbaycan təmsilçiləri də iştirak edəcək
İncəsənət
2 Sentyabr , 2015 17:58
Qazax xanlığının 550 illiyi qeyd olunacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-dan 15-dək Qazaxıstanın Astana və Almatı şəhərlərində Qazax xanlığının 550 illiyinə həsr olunan müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirlərdə Azərbaycan təmsilçiləri də iştirak edəcək. 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu və balaban ifaçısı Mehman Nuriyev mərasimlərdə iştirak etmək üçün Qazaxıstana gedəcək. 

Son xəbərlər

Orphus sistemi