"Qatil" filmi Tbilisidə keçirilən festivalda nümayiş etdirilib

"Qatil" filmi Tbilisidə keçirilən festivalda nümayiş etdirilib Festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt də iştirak edib
İncəsənət
5 Dekabr , 2016 11:23
Qatil filmi Tbilisidə keçirilən festivalda nümayiş etdirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında çəkilən "Qatil" bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının "Avropa film forumu" bölümündə nümayiş etdirilib. 

"Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt də iştirak edib.

Festival noyabrın 28-dən dekabrın 4-dək Gürcüstan paytaxtı Tbilisidə keçirilib.

Qeyd edək ki, "Qatil" filmi Mədəniyyət və Turzim Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, Finlandiyanın "Black and White Studio" , Gürcüstanın "Studio 33A" və "Vars Studio" şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Son xəbərlər

Orphus sistemi