Yuxarı

"Qaraca qız" baletinin premyerası olacaq

Tamaşa Akademik Opera və Balet Teatrında iyunun 1-də nümayiş etdiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Opera və Balet Teatrında "Qaraca qız" baletinin tamaşası təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanı Süleyman Sani Axundovun "Qaraca qız" povestinin motivləri əsasında Əşrəf Abbasov bəstələyib.

İyunun 1-də təqdim ediləcək balet cəmiyyətdəki ədalətsizliyin, bərabərsizlik və amansızlığın qurbanı olan qəhrəmanın - Qaraca qızın bədbəxt taleyindən, bununla yanaşı, onun xeyirxahlığı, sədaqəti, insanlara hədsiz məhəbbətindən bəhs edir.

Tamaşanın quruluşçu baletmeysteri, əməkdar artist Samir Səmədov, dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Əsas rollarda balet truppasının gənc solistləri - Milli və klassik rəqs üzrə Qəmər Almaszadə adına I beynəlxalq müsabiqənin Qran-pri mükafatının laureatı Cəmilə Kərimova, I mükafatın sahibi Timur Oduşev, əməkdar artist Alsu Qimadiyeva, solistlərdən Elmira Süleymanova, Səbinə Məmmədova, Səbinə Abdullayeva, Anar Tahirov, Faiq Qubadov və başqaları çıxış edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi