Yuxarı

Qarabağ müharibəsi əlillərindən bəhs edən film çəkilir

Bazar günü” adlanan qısametrajlı bədii filmdə baş rolları əməkdar artistlər Vidadi Həsənov və Ayşad Məmmədov oynayır

Bakı. 2 iyun. REPORT.AZ/ Qarabağ müharibəsi əlillərinin həyatından bəhs edən yeni qısametrajlı film çəkilir.

"Report" xəbər verir ki, “Bazar günü” adlanan qısametrajlı bədii filmin çəkilişləri Bakının mərkəzi küçələrində, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunda və Buzovna kəndində aparılır.

Filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Pərviz Əliyev, quruluşçu operatoru Elman Əliyevdir.

Filmdə rolları əməkdar artist Vidadi Həsənov, Ayşad Məmmədov və Əminə Baloğlanova ifa edir.

"Bazar günü" qısametrajlı filminin son çəkilişləri həftə sonu İçərişəhərdə aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi