Yuxarı

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Tədbir dahi Azərbaycan bəstəkarının anadan olmasının 98 illiyinə həsr edilir

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr edilən tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, gecədə Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səslənəcək. Əsərləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyev ifa edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi