Yuxarı

Filarmoniyada Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək

Azərbaycan Bəstəkarlar İttifaqı böyük bəstəkarın doğum günü münasibətilə tədbirlər keçirəcək

Bakı. 21 yanvar. RERORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək.

"Report" xəbər verir ki, fevralın 5-də təqdim olunacaq proqram Q.Qarayevin doğum gününə həsr olunub. 

Eyni zamanda, Azərbaycan Bəstəkarlar İttifaqı böyük bəstəkarın doğum gününə həsr olunan tədbirlər keçirəcək. İttifaqın katibliyi tədbirlərin planını təsdiqləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi