Yuxarı
    Bağlamaq

    "Qanlı Yanvar" beynəlxalq festivalda nümayiş olunacaq

    Beynəlxalq festival noyabrın 13-29-da Estoniyada keçiriləcək

    Bakı. 20 avqust. REPORT.AZ/ Rejissor Vahid Mustafayevin quruluş verdiyi "Qanlı Yanvar" filmi növbəti beynəlxalq film festivalına dəvət alıb. Ekran əsəri noyabrın 13-dən 29-dək Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək XIX "Black Nights" film festivalında nümayiş olunacaq.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoruna dəvət məktubu göndərib.1997-ci ildən Estoniya paytaxtında keçirilən və Avropanın ən böyük film festivallarından sayılan "Black Nights" Ümumdünya Prodüsserlər Assosiyasiyası (FIAPF) tərəfindən akkreditə olunub.

    Qeyd edək ki, Azərbaycan xalqının mübarizəsinin əks olunduğu ekran əsəri avqustun 27-dən sentyabrın 7-dək Kanadada keçiriləcək 36-cı Monreal film festivalına da dəvət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi