“Qafqazlı qardaşqızı” Musiqili Teatrda tamaşaya qoyulacaq

“Qafqazlı qardaşqızı” Musiqili Teatrda tamaşaya qoyulacaq Yeni tamaşanın məşqlərinə başlanılıb
İncəsənət
21 Aprel , 2015 14:08
“Qafqazlı qardaşqızı” Musiqili Teatrda tamaşaya qoyulacaq

Bakı.21 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

"Report" xəbər verir ki, teatrda SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında tamaşa hazırlanır.

Teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur.

Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edir. 

Son xəbərlər

Orphus sistemi