Yuxarı

Rus aktyorları Bakıda "Qadınlar məhəbbət axtarışında" tamaşasını göstərəcək

Tamaşa Opera və Balet Teatrının səhnəsində nümayiş ediləcək

Bakı. 23 dekabr.REPORT.AZ/ Gələn il fevralın 21-də Akademik Opera və Balet Teatrının səhnəsində Rusiyadan gəlmiş aktyorların ifasında "Qadınlar məhəbbət axtarışında" tamaşası göstəriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşada "Papinı doçki" və "6 kadrov" populyar seriallarının ulduzu Kseniya Strij iştirak edir.

Əsər sevgini axtaran dörd rəfiqə haqqında aktual, gülməli və eyni zamanda lirik komediyadır. Hissələrinə görə onlar ən inanılmaz hərəkətlərə qadirdirlər. Nəticədə onların hər biri əsl xoşbəxtliyi tapır.

Qeyd edək ki, əsərin müəllifi Aleksandr Fyodorov, quruluşçu rejissor Artyom Tınkasov və Qalina Ezberdir.

2 saat davam edən tamaşada rolları Kseniya Strij, Yekaterina Volkova, Andrey Kaykov, Qalina Danilova, Sergey Doroqov, Mariya Poroşina, Yekaterina Vuliçenko, Yuliya Zaxarova, İrina Medvedyeva çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi