Yuxarı

"Qaçaq qocalar" tamaşası Bursa festivalına dəvət alıb

Tamaşa Teatr Xadimləri İttifaqının Rejissor laboratoriyasında hazırlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Qaçaq qocalar" tamaşası Türkiyənin Bursa şəhərində keçiriləcək "Tiyatro günləri" və Antalya Böyük Şəhər Tiyatrosunun təşkil etdiyi "Konuk Tiyatro" festivalında iştirak edəcək.

Teatr Xadimləri İttifaqından "Report"a verilən məlumata görə, tamaşa Bursa festivalına dəvət alıb. 

Yanvarın 23-dən fevralın 1-dək keçiriləcək festivalda xalq artisti Hacı İsmayılov, "Qaçaq qocalar" tamaşasının rejissoru, əməkdar artist Nofəl Vəliyev, Kərəm Hadızadə, Bəhruz Əhmədli, Məsumə Babayevaiştirak edəcək. 

Qeyd edək ki, "Qaçaq qocalar" tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının "Rejissor" laboratoriyasında yazıçı-dramaturq Elçin Hüseynbəylinin əsəri əsasında hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi