Yuxarı

Pyer Rişar və Jerar Depardye 30 ildən sonra yenidən eyni filmdə rol alacaq

Depardye Savka, Rişar isə onun dostunun obrazını canlandıracaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Məşhur fransız aktyorları Pyer Rişar və onun dostu Jerar Depardye 30 ildən sonra yenidən kino ekranında bir araya gələcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Pyer Rişar Rusiyada Anton Çexovun əsərlərinin motivləri əsasında ekranlaşdırılan qısametrajlı filmlər almanaxında çəkilir. Film 2015-ci ildə Fransada ekranlara çıxacaq. Ekran əsərində Jan-Pyer Moki və Pyer Rişarın yaxın dostu, aktyor Jerar Depardye çəkiləcək.

Qeyd edək ki, Jerar Depardye və Pyer Rişar sonuncu dəfə 30 il əvvəl, 1986-cı ildə çəkilən "Qaçış" filmində birlikdə rol alıblar.

Onlar bu dəfə A.Çexovun "Aqafya" hekayəsində rol alacaq. J.Depardye Savka, P.Rişar isə onun dostunun obrazını canlandıracaq.

Xatırladaq ki, Pyer Rişar 2014-cü ilin avqust ayında 80 illik yubileyini qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi