​Puerto-Rikoda Zurab Seretelinin sənət əsəri olan heykəl qoyulacaq

​Puerto-Rikoda Zurab Seretelinin sənət əsəri olan heykəl qoyulacaq Heykəl Xristofor Kolumb tərəfindən Amerikanın kəşfinin 500 illiyinə həsr ediləcək
İncəsənət
28 İyul , 2015 02:39
​Puerto-Rikoda Zurab Seretelinin sənət əsəri olan heykəl qoyulacaq

Bakı. 28 iyul. REPORT.AZ/ Məşhur Rusiya və Gürcüstan heykəltaraşı Zurab Sereteli 2016-cı ildə Puerto-Rikoda Xristofor Kolumbun heykəlinin açılışını planlaşdırır.

"Report" "AİF"ə istinadən xəbər verir ki, heykəl "Yeni dünyanın doğulması" adını daşıyacaq və Amerikanın kəşfinin 500 illiyinə həsr edilib.

Hündürlüyü 126 metr olan heykəl adanın sağ sahilində yerləşən Aresibo şəhərində qoyulacaq. Tarixçilərin versiyasına əsasən, Kolumb 1493-cü ildə məhz burada yerə enib.

Bildirilir ki, heykəl ümumi çəkisi 600 tondan çox olan 2,5 min detaldan ibarətdir. Onlar Sankt-Peterburqda hazırlanıb və okeanın o tayına artıq göndərilib. Heykəlin qoyulması üçün yer müəyyən edilmədiyinə görə o, 10 ilə yaxın Puerto-Rikoda hissələr şəklində saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi