Polşanın məşhur musiqiçisi Bakıda konsert verəcək

Polşanın məşhur musiqiçisi Bakıda konsert verəcək Yakub Der Mahnı Teatrında çıxış edəcək
İncəsənət
4 Noyabr , 2015 15:15
Polşanın məşhur musiqiçisi Bakıda konsert verəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Polşanın tanınmış musiqiçisi, pianoçu və bəstəkar Yakub Der Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Mahnı Teatrından məlumat verilib.

Noyabrın 10-da baş tutacaq konsert proqramı Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, konsert proqramı Polşa Respublikasının müstəqillik gününə həsr olunub.

Klassik musiqi axşamında dünya şöhrətli polşalı bəstəkar Frederik Şopenin ən məşhur əsərləri səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi