Yuxarı
    Bağlamaq

    Polşada Lenardo da Vinçi, Rembrandt və Reonirin əsərlərinin də olduğu kolleksiya 100 milyon dollara satılıb - FOTO

    Krakovda Çartorski muzeyində nümayiş olunan əsərlərlə yanaşı, 250 min əl yazısı və sənədin mülkiyyəti də Polşa dövlətinə verilib

    Bakı. 30 dekabr. REPORT.AZ/ Polşa Mədəniyyət Nazirliyi Leonardo Da Vinçi, Rembrandt və Reonirin əsərlərinin də yer aldığı 86 min hissədən ibarət kolleksiyanı 100 milyon dollara alıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, uzun müdət aparılan danışıqlardan sonra Polşa mədəniyyət naziri Pyotr Qlinski və kolleksiyanın sahibi Adam Karol Çartorski arasında razılıq əldə olunub.

    Eyni zamanda, Krakovda Çartorski muzeyində nümayiş olunan əsərlərlə yanaşı, 250 min əl yazısı və sənədin mülkiyyəti də Polşa dövlətinə verilib.

    Qeyd edək ki, 1804-cü ildə İzabella Çartorski tərəfindən yaradılan kolleksiyanın əsl dəyəri 2.4 milyard dollardır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi