Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq Akademik Opera və Balet Teatrı yubiley münasibətilə bəstəkarın "Eşq və ölüm" baletini nümayiş etdirəcək
İncəsənət
2 Yanvar , 2015 16:20
Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu il fevralın 4-də Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

"Report" xəbər verir ki, Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Akademik Opera və Balet Teatrı da, öz növbəsində Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə, bəstəkarın "Eşq və ölüm" baletini nümayiş etdirəcək.

"Eşq və ölüm" baleti yanvarın 31-də Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi