Yuxarı

Polad Bülbüloğlu Novosibirskdə keçirilən festivalda çıxış edəcək

Bu konsertdə dirijor qismində onun 14 yaşlı oğlu Murtuza çıxış edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri, məşhur müğənni və bəstəkar Polad Bülbüloğlu bu gün Nobosibirskdə keçirilən Transsibir art-festivalının konserti çərçivəsində çıxış edəcək. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Aprelin 16-da  Transsibir art-festivalında "Uşaqlar-uşaqlara" konsertində Polad Bülbüloğlu mahnı ifa edəcək. Həmin konsertdə dirijor qismində onun 14 yaşlı oğlu Murtuza çıxış edəcək", - Novosibirsk Dövlət Filarmoniyasının məlumatında deyilir.

Festivalın bədii rəhbəri Vadim Repinin sözlərinə görə, o, 14 yaşlı Murtuzanı bir neçə əsərdə dirijorluq etməsi üçün dəvət edib, onun atası da konsertə gələrək, oğluna dəstək olmaq qərarına gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi