Pikassonun rəsm əsəri 45 milyon dollara satılıb

Pikassonun rəsm əsəri 45 milyon dollara satılıb Rəsmdə Pikassonun sevgililərindən biri - Dora Maar təsvir olunub
İncəsənət
16 May , 2017 12:58
Pikassonun rəsm əsəri 45 milyon dollara satılıb
PicassoLive.ru

Bakı. 16 may. REPORT.AZ/ Pablo Pikassonun "Mavi paltarda oturan qadın" rəsm əsəri Nyu-Yorkda hərracda 45 milyon dollara satılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, rəsmdə Pikassonun sevgililərindən biri - Dora Maar təsvir olunub. Onların münasibəti doqquz il davam edib.

Rəssam əsərini 1939-cu ildə, onun 58 yaşı, sevgilisinin isə 31 yaşı olarkən yaradıb.

Qeyd edək ki, bu, Pikassonun rəssamlıq irsinin ən mühüm əsərlərindən biridir.

"Mavi paltarda oturan qadın" rəsm əsəri artıq bir dəfə satılıb: altı il əvvəl ona görə 26 milyon dollar ödənilib.

Son xəbərlər

Orphus sistemi