Əməkdar incəsənət xadimi Nigar Usubovanın xatirəsi anılacaq

Əməkdar incəsənət xadimi Nigar Usubovanın xatirəsi anılacaq Konsert proqramı dekabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək
İncəsənət
2 Dekabr , 2015 11:51
Əməkdar incəsənət xadimi Nigar Usubovanın xatirəsi anılacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu Nigar Usubovanın xatirəsinə həsr olunan konsert keçiriləcək.

Azərbaycan Dövlət Filarmoniyasından "Report"a verilən məlumata görə, konsert dekabrın 18-də olacaq.

Konsertdə Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimovdur.

Xatırladaq ki, Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.

1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. SSRİ xalq artisti adına layiq görülüb. 

Nigar Usubova 1995-ci il sentyabrın 15-də Bakıda vəfat edib. 

Son xəbərlər

Orphus sistemi