Bakı. 14 aprel. REPORT.AZ/ Ötən gün
Mərkəzdən "Report"a verilən məlumata görə, açılış mərasimində çıxış edən Mərkəzin direktoru Anar Ələkbərov sərginin əhəmiyyətindən danışıb.
Belçikalı rəssamın gözəl sənətkar olduğunu diqqətə çatdıran A.Ələkbərov bu layihənin uğurla həyata keçirilməsindən məmnun olduğunu bildirib.
Sonra belçikalı sənətkar Vim Delvuanı və onun xanımını səhnəyə dəvət edən A.Ələkbərov layihənin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti
Mərkəzin direktoru diqqətə çatdırıb ki, dünyanın bir çox sərgilərində nümayiş etdirilən bu əsərlər məhz Luvr muzeyindən sonra Bakıya gətirilib.
Mərasimdə çıxış edən Belçikanın ölkəmizdəki səfiri xanım Karen Petit tədbir iştirakçılarını doğma dilimizdə salamlayaraq deyib:
“Mən çox şadam ki, Heydər Əliyev Mərkəzi belçikalı sənətkarın əsərlərini təqdim edir. Vim Delvua Belçikanın çox görkəmli rəssamlarından biridir. Mən belə tədbirlərdən xüsusi zövq alıram. Çünki mən sənət əsərlərinin heyranıyam. Vim Delvua məhz o rəssamlardan biridir ki, o, insanı təəccübləndirə bilir”.
Mərasimdə tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan belçikalı sənətkar Vim Delvua bildirib:
“Mən yeniyetmə olarkən Azərbaycan barədə eşitmişdim. Bu söz mənə çox xoş gəlirdi. Azərbaycana ikinci səfərimdən sonra şahidi oldum ki, bura gözəl, möhtəşəm bir ölkədir. Mən bu ölkədə yaşayan insanların enerjisinə heyranam”.
Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunur. Vim Delvuanın “Betonqarışdıran”, “Nautilus”, “Dafnis və Xloya” kimi maraqlı əsərləri, eləcə də əllə naxışlanmış avtomobil təkərləri də onların sırasındadır.