Parisdə "Türk kinosu ilə görüş" festivalı başlayıb

Parisdə "Türk kinosu ilə görüş" festivalı başlayıb Üçüncü dəfə təşkil olunan tədbirin açılışında "Rüzgarda salınan Nilüfer" filmi nümayiş etdirilib
İncəsənət
16 Dekabr , 2016 10:31
Parisdə Türk kinosu ilə görüş festivalı başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Fransa paytaxtı Parisdə "Türk kinosu ilə görüş" günləri başlayıb. 

"Report"  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçüncü dəfə təşkil olunan tədbirin açılışında "Rüzgarda salınan Nilüfer" filmi nümayiş etdirilib.

Festival Türkiyənin Fransadakı səfirliyinin təşkilatçılığı ilə UGC Normandie kinoteatrında keçirilir.

Tədbirdə Mehmet Can Mertoğlunun "Albüm", Kıvanç Sezerin "Babamın Kanatları", Hiner Saleemin "Dar Elbise", Mustafa Karanın "Kalandar Soğuğu" ve Cemil Ağacıkoğlunun "Tarla" filmləri də nümayiş olunacaq. 

Festival dekabrın 18-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi