Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd edilib

Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd edilib Fransanın paytaxtı Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd edilib.
İncəsənət
5 İyun , 2019 07:10
Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd edilib

Fransanın paytaxtı Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycanın əməkdar incəsənət xadimi Ədilə Hüseynzadəyə həsr edilmiş konsert keçirilib.

Tədbirdə Fransanın Kolmar şəhərinin meri Jilber Meyer, Fransanın respublikamızdakı ilk səfiri Jan Perən, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, bəstəkarın nəvəsi Səbinə Əliyeva, Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Elnarə Dadaşova, Azərbaycanın Fransdakı səfirliyinin əməkdaşları, fransalı diplomatlar, iş adamları, mədəniyyət, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbiri açan Fransada Azərbaycanın Dostları Assosiasiyasınnı prezidenti Jan-Fransua Mansel Azərbaycanda qadınlara səs hüququnun verilməsinin tarixindən danışıb, öz dövrünün ən cəsarətli və şərəfli qərarını verərək Azərbaycanın digər Avropa dövlətlərini, həmçinin Fransanı geridə qoyduğunu xüsusi qeyd edib. Jan-Fransua Mansel Azərbaycanın bu gün də 100 il bundan qabaq olduğu kimi dünyəvilik, multikulturalizm dəyərlərinə sadiq olduğunu, bu ənənəni uğurla davam etdirdiyini bildirib.

Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Vaqif Ağayev Azərbaycan qadınlarına səsvermə hüququ verən şərqdə ilk demokratik parlament Respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, AXC-nin bütün vətəndaşlara eyni hüquqlar verdiyini xüsusi qeyd edib.

Musiqişünas Zümrüd Dadaşzadə musiqi sənətini ona sevdirən müəllimi, Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi, şərqdə ilk bəstəkar qadınlardan olan Ədilə Hüseynzadə haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Ədilə Hüseynzadənin sənətsevər bir ailədə göz açdığını, gözəl və şərəfli sənətkar olması ilə yanaşı həm də nurlu, alicənab, qəlbi saf insan olduğunu bildirib.

Qonaqlar Xalq artisti Fidan Hacıyevanın ifasında Ədilə Hüseynzadənin mahnılarına böyük maraqla qulaq asıblar. 

Fidan Hacıyevanı beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə müşayiət edib. Aleksey Miltıx və Səidə Tağızadə duetinin ifasında Ə.Hüseynzadənin violonçel və fortepiano üçün Sonatinası da ifa olunub. Konsert proqramında bəstəkarın “Yadigar”, “Mənim arzum”, “Yaşamaq”, “Günəşdən gənclik istədim”, “Gül” və digər əsərləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi