Parisdə ADR-in yaradılmasının 99-cu ildönümü münasibətilə sərgi keçirilib - FOTO

Parisdə ADR-in yaradılmasının 99-cu ildönümü münasibətilə sərgi keçirilib - FOTO Sərgidə Azərbaycan fotoqraflarının əsərləri nümayiş etdirilib
İncəsənət
3 May , 2017 07:52
Parisdə ADR-in yaradılmasının 99-cu ildönümü münasibətilə sərgi keçirilib - FOTO

Paris. 3 may. REPORT.AZ/ Parisdə Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı və Paris Azərbaycan Evinin dəstəyi ilə Azərbaycan fotoqraflarının əsərlərindən ibarət "Azərbaycana səyahət" mövzusunda sərgi açılıb.

"Report"u Fransa bürosu xəbər verir ki, may ayının 2-dən 31-dək davam edəcək sərgi Azərbaycan Demokratik Respublikasının 99-cu ildönümü münasibətilə təşkil olunub.

Sərginin keçirilməsində məqsəd Vətənimizin füsunkar təbiəti, zəngin adət-ənənələri, keşməkeşli tarixi haqqında mahir foto ustalarımızın şəkilləri vasitəsilə fransız xalqını bir daha tanış etməkdir. Bu sərgi Azərbaycana səfər etməyən, lakin bu füsunkar məkanı kəşf etmək arzusunda olan fransızlara ölkəmizə virtual səyahət etmək imkanı yaradıb və iki xalq arasında ictimai, mədəni və turizm əlaqələrini inkişaf etdirmək üçün geniş perspektivlər açmağa xidmət edib.

"Pres Klub" da təşkil edilmiş bu sərginin birinci günü çoxsaylı foto həvəskarlarının fəallığı fransız xalqının ölkəmizə, onun milli dəyərlərinə göstərdiyi böyük marağını nümayiş etdirib.

Qeyd edək ki,18 may tarixində Fransanın mədəniyyət, incəsənət ustaları və ölkəmizə yaxından maraq göstərən digər şəxslərin iştirakı ilə sərginin vernisajı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi