Bakı. 18 fevral. REPORT.AZ/ "Paramount Pictures" kino şirkətinin baş direktoru Bred Qrey, gözlənildiyi kimi, artıq gələn həftə öz postunu tərk edəcək.
"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
Qrey şirkətə 2005-ci ildən başlayaraq 12 il rəhbərlik edib.
Məlumata görə, Qrey bir neçə il ərzində kinoşirkətin səmərəsiz işləməsi fonunda istefa verəcək.