Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrında iyulun 2-də yeni tamaşanın premyerası keçiriləcək.
Bu barədə "Report"a Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev məlumat verib.
Onun sözlərinə görə, poetik düşüncə janrında olan "Adagio" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.
Tamaşada əməkdar artist Nargilə Qəribova çıxış edəcək.
Yeni tamaşa iyulun 3-də də nümayiş etdiriləcək.