Pantomima Teatrında "Andəqraund" tamaşasının premyerası keçiriləcək

Pantomima Teatrında "Andəqraund" tamaşasının premyerası keçiriləcək Tamaşanın quruluşçu rejissoru və müəllifi teatrın aktyorlarıdır
İncəsənət
17 Mart , 2017 11:43
Pantomima Teatrında Andəqraund tamaşasının premyerası keçiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrında martın 26-da yeni tamaşanın premyerası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Pantomima Teatrının direktoru Elman Rəfiyev məlumat verib.

Onun sözlərinə görə, "Andəqraund" adlanan tamaşanın quruluşçu rejissoru və müəllifi elə teatrın aktyorlarıdır.

Məşqləri yekunlaşmaq üzrə olan səhnə əsərinin premyerası saat 18:00-da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi