Pantomima Teatrı mövsümü "Adagio" tamaşası ilə açacaq

Pantomima Teatrı mövsümü "Adagio" tamaşası ilə açacaq Teatrın kollektivi sentyabrın 1-də işə çıxacaq
İncəsənət
18 Avqust , 2016 15:18
Pantomima Teatrı mövsümü Adagio tamaşası ilə açacaq

Bakı. 18 avqust. REPORT.AZ/ Pantomima Teatrı yeni mövsümü sentyabrın 17-də "Adagio" tamaşası ilə açacaq.

Bu barədə "Report"a teatrın direktoru, əməkdar artist Elman Rəfiyev məlumat verib.

Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşa poetik düşüncə janrındadır. Premyerası ötən teatr mövsümünün sonunda keçirilən "Adagio" tamaşasında bir qrup şairin seçilmiş şeirlərindən istifadə olunub. 

E.Rəfiyev bildirib ki, teatrın kollektivi hazırda məzuniyyətdədir və sentyabrın 1-də işə qayıdacaq: "Məzuniyyətdən qayıtdıqdan sonra yeni əsərin məşqlərinə başlayacağıq. Yeni tamaşanın premyerası noyabr-dekabr aylarında olacaq".

Son xəbərlər

Orphus sistemi