Pantomima Teatrı mövsümə "Son ştrix" tamaşası ilə yekun vuracaq

Pantomima Teatrı mövsümə "Son ştrix" tamaşası ilə yekun vuracaq Teatr uyulun 12-də son tamaşasını təqdim edəcək
İncəsənət
9 İyul , 2015 12:00
Pantomima Teatrı mövsümə Son ştrix tamaşası ilə yekun vuracaq

Bakı. 9 iyul. REPORT.AZ/ "Azərbaycan Dövlət Pantomima Teatrı mövsümə iyulun 12-də "Son ştrix" tamaşası ilə yekun vuracaq".

"Report" xəbər verir ki, bunu Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib. 

Tamaşanın müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.

İdeya müəllifləri B.Xanızadə və aktyor Bəhruz Əhmədliyə məxsus səhnə əsərində baş rolu Bəhruz Əhmədli oynayır. 

Xatırladaq ki, yeni teatr mövsümünün açılışı sentyabrda olacaq.

Son xəbərlər

Orphus sistemi