Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək

Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək Festival mayın 20-dən 26-dək Tbilisi şəhərində təşkil ediləcək
İncəsənət
19 May , 2016 17:58
Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Beynəlxalq Pantomima Teatr Festivalında iştirak edəcək.

Bu barədə "Report"a teatrın direktoru Elman Rəfiyev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Pantomima Teatr Festivalı mayın 20-dən 26-dək keçiriləcək.

Pantomima Teatrı festivalda Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son Ştrix" tamaşasını nümayiş etdirəcək.

Tamaşada əməkdar artist Elman Rəfiyev, aktyorlar Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rüstəmov, Rafiz Mehdizadə çıxış edəcəklər.

Qeyd edək ki, Gürcüstanda keçiriləcək festivalda Azərbaycan teatrı ilə yanaşı, Polşa, Yaponiya və Gürcüstan Dövlət Pantomima Teatrının tamaşaları təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi