Yuxarı

Pantomima Teatrı "Adagio" poetik düşüncə tamaşasının premyerasını təqdim edib

İyulun 17-də Pantomima Teatrı mövsümə bu tamaşa ilə yekun vuracaq

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrı "Adagio" (poetik düşüncə) adlı yeni səhnə əsərini tamaşaçılara təqdim edib.

"Report" xəbər verir ki, seçilmiş şairlərin şeirlərindən istifadə olunan tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı əməkdar artist Nargilə Qəribova, rəqslərin quruluşu isə Elnur İsmayılovdur.

Tamaşa qadın duyğuları, qadının daxili aləmi, hissləri, fikirləri üzərində qurulub. Maraqlı səhnə tərtibatı ilə seçilən tamaşada rolları, teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev və Leyla Atayeva ifa ediblər.

Tamaşanın növbəti nümayişi iyulun 10-da, 16-da və 17-də baş tutacaq.

Azərbaycan Dövlət Pantomima Teatrı teatr mövsümünü iyulun 17-də "Adagio" tamaşası ilə bağlayacaq və yeni teatr mövsümü sentyabrın 17-də bu tamaşanın nümayişi ilə açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi