Pablo Pikassonun məşhur tablosu 63,4 milyon dollara satılıb

Pablo Pikassonun məşhur tablosu 63,4 milyon dollara satılıb Məşhur tabloda tanınmış rəssam Fernand Olivienin sevgilisi təsvir olunub
İncəsənət
22 İyun , 2016 14:50
Pablo Pikassonun məşhur tablosu 63,4 milyon dollara satılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Məşhur rəssam Pablo Pikassonun "Oturan qadın" tablosu Londonun Sotheby's, hərracında 63 milyon dollara (43,3 milyon funt sterlinq) satılıb.

"Report" xəbər verir ki, məşhur əsərin ilkin qiyməti 41 milyon dollar olub.

Məşhur tabloda tanınmış rəssam Fernand Olivienin sevgilisi təsvir olunub.

Hərracda P.Pikasso ilə yanaşı, P.Qoqen və O.Rodenin əsərləri də satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi