Özbəkistan mətbuatı Nəsibə Zeynalova haqqında məqalə dərc edib

Özbəkistan mətbuatı Nəsibə Zeynalova haqqında məqalə dərc edib "Qaynana" filmindən olan fraqmentlərə müğənni Şahzoda klip çəkdirib
İncəsənət
14 Yanvar , 2015 13:14
Özbəkistan mətbuatı Nəsibə Zeynalova haqqında məqalə dərc edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın "uchildiz.uz" portalında "Жаҳон кино хазинасидан: Qaynona (Свекровь)" adlı məqalə dərc edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Məqalədə Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilən Özbəkistanda da məşhur olan "Qaynana" filmində baş rol alan Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında məlumat verilir, Cənnət rolunun aktrisanın vizit kartı olduğu qeyd olunur.

Müəllif qeyd edib ki, Nəsibə Zeynalova 22 filmdə, 70 teatr tamaşasında müxtəlif rollarda oynayıb və maraqlı obrazlar yaradıb. Aktrisanın yaratdığı rollar - Cənnət xala, Suğra, Fatmanisə və başqaları bugün də Azərbaycanda və digər ölkələrdə sevilir, maraqla baxılır.

Məqalədə "Qaynana" filmi haqqında ətraflı məlumat verilib. Filmin özbək dilinə dublyaj edildiyini və Özbəkistanda olduqca məşhur olduğunu vurğulayan müəllif özbək telekanallarında filmin tez-tez nümayiş etdirildiyini yazıb.

Qeyd edək ki, Özbəkistanın tanınmış müğənnisi Şahzoda "Qaynana" filmindən fraqmentlərdən istifadə edərək yeni klip çəkdirib və ictimaiyyətə təqdim edib.

Son xəbərlər

Orphus sistemi