Yuxarı
    Bağlamaq

    "Oskar" mükafatının qalibləri elan edilib

    87-ci dəfə keçirilən mərasim maraqlı məqamlarla yadda qalıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Amerika Kino Akademiyasının 87-ci "Oskar" kinomükafatının sahibləri ötən gecə Los-Ancelesdə keçirilən mərasimdə elan olunub. "Report" xəbər verir ki, ən yaxşı film nominasiyasında "Berdmen" filmi, ən yaxşı kişi rolu nominasiyasında Eddi Redmeyn, ən yaxşı qadın rolu Culiana Mur, ikinci dərəcədə ən yaxşı kişi rolu Djonatan Kimbelle Simons, ikinci dərəcədə ən yaxşı qadın rolu Patrisiya Arkett, ən yaxşı rejissor "Berdmen" filminə görə Alexandro Qonsales İnyarritu, ən yaxşı ssenari "Berdmen" filminin ssenarisi, xarici dildə ən yaxşı film nominasiyasında "İda" filmi, ən yaxşı animasiya filmi nominasiyasında "Qəhrəmanlar şəhəri" filmi, ən yaxşı film sauntrekini bəstəkar Aleksandr Della qazanıb.

    "Oskar"ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.

    Rusiya Kinematoqrafçılarının istehsalı olan "Leviafan" filmi "Oskar"a namizəd göstərilsə də, heç bir mükafat qazanmayıb.

    "Oskar" mərasimində 24 nominasiya üzrə qaliblər elan edilib. Bu ilki "Oskar"a ümumilikdə 520 film təqdim olunub.

    Qeyd edək ki, Amerika Kinoakademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib. İlk mükafatın təqdim etmə mərasimi isə 1929-cu il mayın 16-da Los-Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub. İlk dəfə 12 nominasiya üzrə qaliblər təqdim edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi